Dünya

Diktatorun bibisi Avropaya qaçdı - FOTO

31 Yanvar 2014 13:23
0 Şərh     Baxış: 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kim Çen Inın bibisi Kim Kyong-hui, ərinin edamına dözə bilməyib

Şimali Koreya lideri Kim Çen İnın bibisi Kim Kyong-hui, ərinin edamından sonra Avropaya qaçıb.

Anspress-in "Yonhap" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qadın ərinin edamına dözə bilməyib.

Digər məlumata görə, Kyong-hui ərinin edamından sonra 2013-cü ilin dekabrında İsveçrəyə gedib. O, Varşava səfiri işləyən ögey qardaşı Kim Pyongilin yanına yerləşib.

Hətta bəzi xəbər qaynaqları Kim Çenin bibisinin ərinin ölümünə dözə bilməyib intihar etdiyi iddiasını irəli sürmüşdü.

Qeyd edək ki, Kim Çen İn bibisinin əri Taeki 2013-cü ilin dekabr ayında "anti-partiya və əks-inqilabi fəaliyyətləri ilə dövləti devirməyə çalışan satqın" adlandıraraq edam etdirib.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.