Dünya

İstirahətləri dəhşətə çevrildi - VİDEO - FOTO

31 Yanvar 2014 15:39
0 Şərh     Baxış: 1 166
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Taylandın cənubunda, dünyaca məşhur Phuket kurortunun sahillərində turistləri daşıyan qayıq batıb.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Aladdin" adlı qayığın Bon-Aylend və Taçay adalarının arasında batması nəticəsində böyük panika yaranıb.

Buna rəğmən qayıqdakı 13 sərnişinin hamısı xilas edilib.


Sərnişinlərin bəziləri xilas olmaq üçün özlərini qayıqdan dənizə atıblar. Onlar dalğalarda boğulmaq təhlükəsi ilə qarşılaşıblar.

Qayıqda yaşananları 46 yaşlı isveçli dayver Dennis Karlsson videokamera ilə çəkib.


"Biz onlara yardım etdik. Qayığımızın orada olması sırf təsadüfdü", - D.Karlsson Aftonbladet-ə bildirib.

Üç ay əvvəl Tayland sahillərində turistləri daşıyan bərə batmışdı. 200 turistin olduğu bərənin batması nəticəsində 6 nəfər həlak olmuşdu.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.






Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.