Bruney sultanı, tam adı Sultan Hacı Həssənal Bolkiah Muizz ud-Din Vəddaulhibni əl Mərhum Sultan Hacı Ömər Əli Səif ud Din Səad ül Həir ud Din olan dövlət başçısının boşadığı arvadı Məryəm Əzizin qadın mühafizəçisinin məhkəməsi başlanıb.
Milli.Az Daily Mailə-ə istinadən bildirir ki, Fatimə Lim sultanın xanımının 20 milyon dollarlıq zinət əşyalarını oğurlayıb. O, oğurladığı bəzəklərin yerinə ucuz və saxta surətləri qoyub. Fatma Lim oğurladığı zinət əşyalarını satıb.
35 yaşlı F.Lim əldə etdiyi pulların əksər hissəsini borclarının ödənməsinə sərf edib.
İstintaq materiallarına görə, Fatma Lim zinət əşyalarını hələ 2009-cu ildə M.Əzizin Londondakı mənzildə yerləşən seyfdən oğurlamağa başlayıb.
Oğurlanmış əşyalar arasında sultanın sabiq arvadına hələ toy zamanı verdiyi üzüklər, qolbaqlar, boyunbağı və sırğalar var. Fatma Limin minimal dəyəri 12,7 milyon dollar təşkil edən nadir mavi brilyantı oğurladığı da bildirilir.
"Fatma Lim çox bahalı brilyant qolbağı da oğurlayıb. Məryəm Əziz bu qolbağı F.Limə saxlamaq və qorumaq üçün versə də, sonradan geri ala bilməyib. Fatma qolbağı xidmətçi qadınlardan birinin oğurladığını deyib və Məryəm Əzizi yalanına inandıra bilib", - istintaq materiallarında deyilir.
Bruney sultanının ikinci arvadı olan Məryəm Əziz 21 illik nikahdan sonra Həssənal Bolkiah onu boşamışdı. Boşanandan sonra sultan Əzrinaz Məzhər Həkimlə evlənmişdi. 5 ildən sonra sultan Əzrinazı da boşayıb.
Bruney sultanı indi birinci arvadı Anak Salehlə yaşayır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







