Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Milena Markovna Kunis Ukraynanın Çernovna bölgəsində mühəndis və fizika müəlliməsinin ailəsində dünyaya göz açıb. Ailəsi 1991-ci ildə Los-Ancelesə köçüb. Qızı ingilis dilini bilməməsinə baxmayaraq məktəbə götürüblər. Kunis mətbuata açıqlamasında həmin illəri xatırlayarkən belə deyib: "Mən hər gün ağlayırdım".
ABŞ-a köçdükdən iki il sonra Mila Beverli-Hilz teatr məktəbinə daxil olub. Onun karyerasi isə 1994-cü ildə Barbi gəlincikləri reklamına çəkilişlərlə başlayıb. Daha sonra isə "Ömrümüzün günləri" serialında çəkilməyə dəvət alıb.
Böyük kinoda Mila uzun müddət kiçik rollarla kifayətlənməli olub. İlk dəfə "Sara Marşalı unutmaq" filmində əsas rolu ifa edib. Daha sonra "Qara qu quşu" filmi də ona uğur gətirib. Aktrisa "Maks Peyn", "Bir az hamilə" kimi filmlərdə də rol alıb.
Ukraynalı gözəlin şəxsi həyatı da maraqlıdır. M.Kunis 2002-ci ildən 2010-cu ilə qədər aktyor Makoley Kalkinlə görüşüb. 2012-ci ildən isə onun sevgilisi Eşton Katçerdir. Pərəstişkarları onların nə zaman ailə quracaqlarını səbirsizliklə gözləyirlər.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.













