Dünya

Əsl qaraçı həyatı - FOTO

1 Mart 2013 11:51
0 Şərh     Baxış: 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Beləcə, qaraçılar Avropa Birliyinin ən böyük etnik azlığı sayıla bilərlər.
AB çərçivəsində hərəkətetmə azadlığı prinsipi reallaşandan sonra yüz minlərlə qaraçının Qərbi Avropa ölkələrinə axın etməsi gözlənilir.

Milli.Az Mail Online-a istinadən bildirir ki, qaraçıların yaşadıqları kompakt məkanlarından biri də Rumıniyanın şimal-qərbindəki Kraiça Baya-Mare bölgəsidir.
Kraiça Rumıniyanın Ukrayna ilə sərhədinin yaxınlığındakı yoxsul, sənaye şəhəridir.
Burada qaraçıların yaşadığı məhəllə isə şəhərin digər səmtlərindən 1,8 metr hündürlüyündə beton divarla ayrılıb.

Şəhər bələdiyyəsindən divarın "qaraçı uşaqlarının magistral avtomobil yollarına qaçıb çıxmalarının qarşısının alınması və onların təhlükəsizliyinin təminatı ilə bağlı olduğunu" deyirlər.

Qaraçılar isə söyləyirlər ki, belə deyil: Kraiça meriyası onları getto halına salıb, ikinci dərəcəli adamlar sayaraq şəhərdən ayırıb.

Yastı-yapalaq daxmalarda indi 120 qaraçı ailəsi yaşayır. Buradakı qaraçıların heç birinin daimi iş yeri yoxdur və onlar həddən artıq yoxsul, hətta səfil həyat sürürlər.

Şəhərdə qış aylarında havanın temperaturu -26 dərəcəyədək düşüb.
Belə soyuqda taxta, faner, damlarına və divarlarına polietilen çəkilmiş "ev"lərdə yaşayan qaraçı ailələrinin durumunu təsəvvür etmək çətin deyil.
Şəhər meriyası qaraçıların "qayğısı"na qalaraq köhnə, artıq bağlanmış zavodun yataqxanalarının yerləşdiyi üç binanı onlara verib.

Lakin bu binalara sadəcə, elektroenerji verilir.
Üç binada nə su var, nə istilik, nə də qaz.
Üstəlik, mənzillərin tam əksəriyyətinin pəncərələrinn şüşələri çoxdan sındığından qaraçı ailələri aynalara karton, əski və s. vuraraq soyuqdan qorunmağa çalışırlar.

"Mənzil" adlanan, əslində isə beton döşəməli bir otaq olan məkanların hamısında odun sobaları yanır.
Bu səbəbdən də binaların divarları his və qurumdur.

Qaraçıların dediklərinə görə, onlar Qərbi Avropa ölkələrinə getmək istəyirlər.
Həmin ölkələr isə qaraçıları qəbul etmək istəmirlər...

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


































Fotolar: EPA
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.