Dünya

"Amazon”un yük təyyarəsi qəzaya uğradı: Ölənlər və yaralananlar var - (Video)

7 Sentyabr 2026 10:04
Baxış: 377
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Amazon Prime Air" şirkətinə məxsus "Boeing 767-300" tipli yük təyyarəsi ABŞ-nin Florida ştatında qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

Bildirilib ki, Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçan təyyarə Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxıb.

Hadisə nəticəsində azı 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava məlumat verib.

Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.