"Amazon Prime Air" şirkətinə məxsus "Boeing 767-300" tipli yük təyyarəsi ABŞ-nin Florida ştatında qəzaya uğrayıb.
Milli.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Bildirilib ki, Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçan təyyarə Mayami Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından çıxıb.
Hadisə nəticəsində azı 5 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava məlumat verib.
Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)