Cəmiyyət

M2 ekspres marşrutunda yenilik tətbiq edildi

7 Sentyabr 2026 10:37
Baxış: 292
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı metrosunun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərən M2 nömrəli ekspres marşrutda sərnişinlərin rahatlığını artırmaq məqsədilə yeni tətbiqə başlanılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişinlərin avtobusa minmə prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq üçün ekspres avtobuslarda əlavə validatorlar quraşdırılır.

Yeni sistem sayəsində sərnişinlər avtobusun həm ön, həm də orta qapısından eyni vaxtda salona daxil ola biləcəklər.

Qeyd edək ki, analoji tətbiq daha əvvəl M1 nömrəli ekspres marşrutda sınaqdan keçirilib və müsbət nəticə verib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.