Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İndiyədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib.
Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, yerli istehsalın artırılması və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir.
1 yanvar 2029-cu ilədək aşağıdakı strateji istiqamətlər üzrə layihələrə investisiya təşviqi sənədi verilir:
- Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;
- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı üçün istifadə edilən avadanlığın istehsalı layihələri;
- Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
- Tullantıların idarə olunması və təkrar emalı layihələri;
- Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
- Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;
- 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;
- Azərbaycan Respublikasında istehsalı olmayan məhsulların yerli istehsalının təşkili layihələri;
- Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;
- Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
- Hərbi təyinatlı məhsulların istehsalı layihələri;
- Aqroparklarda həyata keçirilən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələri;
- Kənd təsərrüfatında istifadə olunan gübrələrin, pestisidlərin, toxum və yem məhsullarının istehsalı layihələri;
- Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması layihələri;
- Avtomatlaşdırılmış iqlimə nəzarət sistemləri ilə təchiz edilmiş dördüncü nəsil istixana komplekslərinin (minimum 3 hektar) yaradılması layihələri;
- Kənd təsərrüfatı təyinatlı texnikaların, habelə elevator, taxıl silosu, soyuducu anbar, çeşidləmə, saxlanma və qablaşdırma avadanlığının istehsalı layihələri;
- İnformasiya və kommunikasiya texnologiyaları üzrə sənaye məhsullarının istehsalı layihələri.
İnvestisiya təşviqi sənədi əldə edən layihələr sənədin verildiyi tarixdən etibarən 7 il müddətində torpaq və əmlak vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və ƏDV-dən azad edilir, mənfəət və ya gəlir vergisinə isə 50 faiz güzəşt tətbiq olunur.
Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evlərinə müraciət edə bilərlər. Sahibkarlar ətraflı məlumat üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Qeyd edək ki, investisiya təşviqi mexanizmi 2016-cı ildən tətbiq olunur. Bu günədək 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi almış 552 layihə fəaliyyətə başlayıb. İndiyədək 1,5 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6604 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 350,5 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Metroda gediş haqqı artırılacaq?
-
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir - (Video)
-
Kosmetika alarkən qablaşdırmada bu işarələrə baxın - Nazirlikdən xəbərdarlıq
-
Azərbaycanda hava ilə bağlı son məlumat
-
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
-
Bu ay 8 gün iş olmayacaq
XƏBƏR LENTİ
-
Metroda gediş haqqı artırılacaq?
-
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir - (Video)
-
Kosmetika alarkən qablaşdırmada bu işarələrə baxın - Nazirlikdən xəbərdarlıq
-
Tərtər sakini güllələndi
-
Həyətində narkotik yetişdirən şəxs tutuldu
-
Azərbaycanda hava ilə bağlı son məlumat
-
Toyda Vüqar Maştağalının ifasına bəy ağladı - (Video)
-
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
-
Bu ay 8 gün iş olmayacaq
-
Ağbənd–Kəlalə avtomobil körpüsünün tikintisi yekunlaşıb
-
Bakıda ağır yol qəzası: Sürücü öldü
-
Şərurda maşın yandı
-
15 yaşlı oğlan bacısının sevgilisini öldürdü - Bu cəza verildi - (Foto)
-
Azərbaycanda fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən ala biləcəklər
-
M2 ekspres marşrutunda yenilik tətbiq edildi
-
“İhlamurlar Altında”nın ulduzu illər sonra xanımı ilə görüntüləndi - (Video)
-
Üç övladı olanların diqqətinə: 420 manat ala bilərsiniz
-
Cinayətdə şübhəli bilinən 90 nəfər saxlanıldı
-
Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?
-
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
-
"Amazon”un yük təyyarəsi qəzaya uğradı: Ölənlər və yaralananlar var - (Video)
-
Bakıda Dördüncü İqlim Həftəsi öz işinə başladı - (Foto)
-
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir - (Video)
-
Vəfat edən Serhat Kılıç Azərbaycan dilində rep deyibmiş... - (Video)





