Cəmiyyət

Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir - (Video)

7 Sentyabr 2026 11:48
Baxış: 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bəzi taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan imtina edirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Sürücülər arxa oturacaqda uşaqların nəzarətsiz qaldığını və ayyaqabı ilə oturacağı çirkləndirdiyini deyirlər. Növbəti müştəri maşına əyləşdikdə isə xoşagəlməz mənzərə ilə qarşılaşır. Nəticədə sürücünün proqramda reytinqi azalır.

Sürücülər deyirlər ki, digər bir problem sərnişinlərin avtomobildə qida qəbul etməsidir. Yemək qırıntıları və ləkələri təmizləmək hər dəfə mümkün olmur.. Bu isə həm avtomobilin ümumi vəziyyətinə, həm də növbəti sərnişinlərin rahatlığına mənfi təsir göstərir.

Nəqliyyat ekspertlərinin sözlərinə görə, sürüclər işindən olamamaq üçün qanunvericliyə uyğun addım atmalıdırlar.

Mövcud qanunvericiliyə əsasən, sərnişinlər də nəqliyyat vasitəsindən istifadə zamanı müəyyən edilmiş qaydalara əməl etməlidirlər. Avtomobilin çirkləndirilməsi, təhlükəsizlik qaydalarının pozulması və digər hallarda sürücü yaranmış vəziyyətlə bağlı tədbir görülməsini tələb edə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.