Yunan adalarındakı evlər sən demə bu səbəbdən mavi rəngdə imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yunan adalarının simvoluna çevrilən mavi və ağ rəngli evlərin mənşəyinin romantik bir seçimə deyil, 20-ci əsrdə yaşanan vəba (kolera) epidemiyasına və iqtisadi böhranla əlaqəli olduğu məlum olub.
Milli.Az xəbər verir ki, Yunanıstanın memarlıq kimliyi ilə eyniləşən bu rəng palitrası tarixi prosesdə gigiyena qayğıları, ucuz material əlçatanlığı və siyasi qərarların birləşməsi ilə formalaşıb. Hal-hazırda turistik bir brend halına gələn bu görünüşün təməlləri 1938-ci ildə ölkəni təsiri altına alan vəba epidemiyası zamanı atılıb.
Epidemiyaya qarşı dezinfeksiyaedici kimi əhəngdən istifadə edildi
1938-ci ildəki vəba epidemiyası ilə mübarizə çərçivəsində hökumət evlərin kütləvi şəkildə əhənglə boyanması barədə göstəriş verdi. Əhəngin dezinfeksiyaedici xüsusiyyətə malik olması və bakteriyaları məhv etmə qabiliyyəti səbəbindən tətbiq olunan bu üsul, görsəllikdən ziyadə xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə məcburi edildi. Bu tətbiq Yunanıstanın yaşayış məntəqələrinin ümumi rənginin ağa çevrilməsinə səbəb olan ilk addım oldu.
Mavi rəngli paltar yuyucu vasitəsinin təsiri
Evlərin qapı və pəncərələrində istifadə olunan xarakterik mavi tonun isə iqtisadi imkansızlıqlar nəticəsində ortaya çıxdığı müəyyən edilib. O dövrdə demək olar ki, hər evdə tapılan və kifayət qədər ucuz olan "Loulaki" adlı mavi rəngli paltar yuyucu vasitəsi (göy rəngli toz/çivit), boya xərclərindən qaçan yerli əhali tərəfindən rəngləndirici kimi istifadə edildi. Mavi rəng bir moda axını yerinə, xalq üçün ən əlçatan və aşağı xərcli seçim olması səbəbindən yayğınlaşdı.
Hərbi rəhbərlik rəngləri məcburi etdi
1967-ci ildə hakimiyyətə gələn hərbi xunta rəhbərliyi mavi və ağ kombinasiyasını milli kimliyin simvolu elan etdi. Çıxarılan qərarnamələrlə adalardakı tikintilərdə bu rənglərin istifadəsi məcburi hala gətirilərək memarlıq standartı sabitləndi. Növbəti illərdə bu sərt qaydalar yumşaldılsa da, mavi-ağ konsepti qlobal bir turizm brendinə çevrildiyi üçün yerli əhali və müəssisələr tərəfindən qorunub saxlanılmağa davam etdi.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
XƏBƏR LENTİ
-
Kasıblıq tələsi yaradan 4 cümlə: Psixoloqlardan maliyyə xəbərdarlığı
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var





