Dünya

Dəniz bu şəhəri udmağa başladı: Atafona yox olmaq riski ilə üz-üzədir

30 Aprel 2026 05:05
Baxış: 389
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Brazilyanın Rio de Janero bölgəsində, Atafona qəsəbəsində dəniz səviyyəsinin qalxması və sahil eroziyası artıq kritik həddə çatıb. Sakinlər onilliklərdir davam edən bu "yavaş fəlakət"in şahidi olurlar.

Milli.Az xəbər verir ki, sahil eroziyası bu bölgədə hər il təxminən 1,85 metr quruya doğru irəliləyir. Bu, o deməkdir ki, cəmi bir neçə il əvvəl sahildən uzaqda olan evlər bu gün artıq dalğaların hədəfindədir.

Hündürlüyü 3 metri aşan dalğalar sahil xəttindəki tikililərə ciddi təzyiq göstərir. Keçmiş illərdə yüzlərlə evin okean suları tərəfindən udulduğu və bir çox insanın hər şeyini itirərək bölgəni tərk etdiyi bildirilir. Atafona bu gün "okean altındakı xarabalıqlar"ı ilə dəniz səviyyəsinin qalxmasının dünyadakı ən real nümunələrindən birinə çevrilib.

Vəziyyətin ciddiliyini nəzərə alan rəsmi qurumlar artıq hərəkətə keçib. Təhlükəli zonalarda lazımi təhlükəsizlik tədbirləri görməyənlərə qarşı sanksiyaların tətbiq olunacağı elan edilib. Hazırda bölgədəki tikinti normaları və sahil istifadəsi qaydaları tamamilə yenidən nəzərdən keçirilir.

Ekspertlər xəbərdarlıq edirlər ki, Atafona sadəcə bir nümunədir. İqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin qalxması yaxın gələcəkdə dünyanın bir çox sahil şəhərlərini bənzər aqibətlə üzləşdirə bilər. Atafona üçün isə zaman daralır; dəniz hər il bir az daha irəliləyərək şəhəri öz ağuşuna alır.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.