Dünya

"İranın cəmi üç gün vaxtı var"

27 Aprel 2026 10:50
Baxış: 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası davam edərsə, İranın neft kəmərləri təxminən üç gün ərzində partlaya bilər.

Milli.Az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində danışıb.

Tramp vurğulayıb ki, İranın neft kəmərləri ilə böyük həcmdə neft daşınır.

"Əgər bu xətt neftin anbarlara və ya gəmilərə ötürülməsinin mümkünsüzlüyü səbəbindən bağlanarsa - ki, bu da hazırda İranın başına gəlir, çünki blokadaya görə gəmiləri yoxdur, bu zaman həmin xətt daxildən özü-özünü partladacaq", - deyə o bildirib.

Tramp qeyd edib ki, İranın bunun baş verməsinin qarşısını almaq üçün təxminən üç günü var.

ABŞ prezidentinin sözlərinə görə, belə bir ssenari baş verərsə, İran neft hasilatı gücünün yarısını itirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.