Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyənləşib.
Milli.Az xəbər verir ki, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçiriləcək.
İclasda MSK-nın yeni sədri, sədr müavini və katibləri seçiləcək.
Qeyd edək ki, əvvəlki tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır.
Milli.Az





