İdman

Levandovski “Barselona”dan GEDİR

27 Aprel 2026 10:30
Baxış: 408
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniyanın "Barselona" futbol komandasının ulduzu Robert Levandovski mövsümün sonunda klubu tərk edəcək.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə BBC-nin jurnalisti Gilyem Balaqe məlumat yayıb.

37 yaşlı polşalı forvardın kataloniyalılar ilə müqaviləsi iyunun sonunda başa çatır. Levandovskinin karyerasını İtaliyada davam etdirə biləcəyi barədə şayiələr dolaşır.

Qeyd edək ki, "Barselona"da dördüncü mövsümünü keçirən futbolçu bu müddətdə 188 matçda meydana çıxıb, 118 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.