Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Demokratiya, insan hüquqları və humanitar məsələlər beynəlxalq hüquqdan və onilliklər ərzində ATƏT məkanında təhlükəsizlik və əməkdaşlığın əsasını təşkil edən ortaq prinsiplərdən ayrı nəzərdən keçirilə bilməz.
Bu gün regionumuz silahlı münaqişələr, humanitar böhranlar, məcburi köçkünlük və artan qütbləşmə kimi ciddi çağırışlarla üz-üzədir. Bu çağırışlar təkcə institutlarımızı deyil, bizi birləşdirən prinsiplərə sadiqliyimizi də sınağa çəkir. Onlar bir daha göstərir ki, davamlı təhlükəsizlik yalnız siyasi və ya hərbi vasitələrlə təmin oluna bilməz. Bunun üçün beynəlxalq hüquqa hörmət, səmərəli dövlət institutları, insan hüquqlarının etibarlı müdafiəsi və davamlı dialoq zəruridir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, demokratiya güclü institutlara əsaslanır: "İnsan hüquqları onların səmərəli müdafiəsini tələb edir. Humanitar fəaliyyət həmrəyliyə söykənir. Bütün bunların təməlində isə beynəlxalq hüquqa hörmət dayanır. Məhz buna görə də ortaq prinsiplərimiz ardıcıl, qərəzsiz və vicdanla tətbiq edilməlidir. Yalnız belə yanaşma iştirakçı dövlətlər arasında etimadı möhkəmləndirə və ortaq institutlarımıza inamı gücləndirə bilər".
Deputat qeyd edib ki, Azərbaycan üçün bu prinsiplər abstrakt anlayışlar deyil: "Onlar davamlı sülhün qurulması və beynəlxalq öhdəliklərin insanların həyatında real nəticələrə çevrilməsi üçün praktik fəaliyyət istiqamətidir.
Bu gün Azərbaycan nümayiş etdirir ki, postmünaqişə dövrünün bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Bu, ilk növbədə insan ləyaqətinin bərpası, icmaların dirçəldilməsi və insanların sülh və təhlükəsizlik şəraitində yaşaması üçün imkanların yaradılması deməkdir".
"Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var və hesab edirik ki, diqqətimizi məhz bu imkana yönəltməliyik. Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsinə sadiqdir. İnanırıq ki, dialoq, qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam hörmət davamlı sülhün, insan təhlükəsizliyinin və regional əməkdaşlığın ən etibarlı təməlidir", - deyə S. Fətəliyeva vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Shahin Novrasli Festival Bakı musiqisevərlərini Eric Jacot Band konserti ilə sevindirdi – FOTO
-
Ülvi Ağayev müdir təyin olundu - (Foto)
-
Oğuzda buğda yüklü avtomobil yanıb (Video)
-
AZAL Qarsa birbaşa uçuşlara başlayır
-
Özbək qadın Bakıda həbs olundu - yarım milyonluq dələduzluq edib
-
Xanəndənin atası qəzada öldü
XƏBƏR LENTİ
-
Shahin Novrasli Festival Bakı musiqisevərlərini Eric Jacot Band konserti ilə sevindirdi – FOTO
-
Quterreşdən süni intellektlə bağlı xəbərdarlıq
-
“Seltik” onun üçün “Qarabağ”a 12 milyon ödəyəcək
-
Ülvi Ağayev müdir təyin olundu - (Foto)
-
"Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək"
-
Oğuzda buğda yüklü avtomobil yanıb (Video)
-
Lukaku unikal rekorda imza atdı
-
AZAL Qarsa birbaşa uçuşlara başlayır
-
Özbək qadın Bakıda həbs olundu - yarım milyonluq dələduzluq edib
-
"Sabah" oyunçularına böyük miqdarda pul vəd etdi
-
Türkiyədə çay yatağından 2 gəncin meyiti çıxarıldı
-
Xanəndənin atası qəzada öldü
-
İcra başçısı özünə birinci müavin təyin etdi - (Foto)
-
Deputat: Bu gün regionumuzun davamlı sülhə nail olmaq üçün real imkanı var
-
Tolik Arzumun həbsindən danışdı: "Arzumun anasını "blok"lamışam" - (Video)
-
Hacı Surxayın Rafael Fiziyevə hədiyyəsi diqqət çəkdi - (Video)
-
Hüseyn Dəryanın məzarından görüntülər yayıldı - Yaşasaydı, 51 yaşı olacaqdı - (Video)
-
Türkiyədə məhkəmə qayınananın evini gəlinə verdi - (Video)
-
Rusiyadan Gəncəyə uzanan cinayət işi: 13 ildir axtarılan qatil hakim qarşısında
-
"Hüseyn maşınıma benzin vuranda bitmir, daha bərəkətlidir"
-
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
-
Azərbaycan "Metrik Konvensiya"sına qoşulub
-
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiq edib
-
Narkoloji xəstəni məhdudiyyət nəzərdə tutulan işlərə götürənlər cərimələnəcəklər





