Quterreşdən süni intellektlə bağlı xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Süni intellektin (Sİ) inkişafı bəşəriyyət üzərində heç bir ümumi plan və insanların razılığı olmadan həyata keçirilən nəzarətsiz bir sınağa çevrilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş süni intellektin idarəolunması üzrə birinci Qlobal Dialoqun açılış mərasimində bildirib.
Baş katibin sözlərinə görə, süni intellekt ağlasığmaz sürətlə inkişaf edir və bu texnologiyalar hətta onları yaradanların belə ayaqlaşa bilməyəcəyi bir templə tətbiq olunur. Quterreş vurğulayıb ki, bu sistemlər iqtisadiyyatı yenidən formalaşdırmaq, seçkilərə təsir etmək və qlobal təhlükəsizlik balansını dəyişdirmək gücünə malikdir:
"Cəmiyyətlərimiz üzərində plansız və razılıqsız bir eksperiment aparılır. Bu, belə davam edə bilməz və qəbuledilməzdir".
Quterreşin fikrincə, süni intellekt sistemləri artıq sadəcə alət deyil, kod yazan, şəbəkədə fəaliyyət göstərən və insanın iştirakı olmadan qərarlar qəbul edən müstəqil subyektlərə çevriliblər. "İnstitutlarımız əmrləri yerinə yetirən maşınları idarə etmək üçün yaradılıb. Lakin onlar özləri qərar verən maşınlar üçün hazır deyillər", - deyə o əlavə edib. Baş katib onu da vurğulayıb ki, hazırkı nəsil insanlarla maşınların birgə yaşayış şərtlərini müəyyən etməyə qadir olan son nəsil ola bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Ən bahalı "iPhone"un əsas qüsurları açıqlandı
-
İnternetlə qoxuları da hiss edə biləcəyik
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
-
“Bakı – azadlıq vahəsi”: “Bloody Mary” – təxəyyülün, qroteskin və canlı emosiyaların teatrı - (Foto)
-
Metronun ən çox istifadə olunan stansiyası açıqlandı
-
“Muzeydə mühazirə” layihəsi çərçivəsində “Çağdaş sənətnədir? Müasir rəssam kimdir?” mövzusunda mühazirə keçirilib - (Foto)
-
"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
-
Bakı–Qazax yolunda məhdudiyyət olacaq: İki marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir
-
Rusiyada azərbaycanlılar qəzaya düşdülər: Ölənlər var - (Foto)
-
Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş - Yenilənib
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE





