AZAL Qarsa birbaşa uçuşlara başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları Türkiyənin Qarş şəhərinə uçuşlara başlayır. Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir. Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Milli.Az xəbər verir ki, yeni istiqamət üzrə ilk reys 30 iyul 2026-cı il tarixində həyata keçiriləcək. Bakı-Qars-Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.
Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən biri olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər "UNESCO"nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış mövsümündə beynəlxalq turistlərin böyük maraq göstərdiyi Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, Qars regionu yerli mətbəxi və təbii gözəllikləri ilə də səyahətsevərlərə fərqli təcrübə təqdim edir.
Yeni marşrut həm Türkiyənin şərq bölgələrində yaşayan, həm də Azərbaycandan səfər edən sərnişinlər üçün daha yeni bir istiqamətə rahat və birbaşa səyahət imkanı yaradacaq. Reyslər turizm səfərləri ilə yanaşı, ailə ziyarətləri və işgüzar səfərlər üçün də əlavə imkanlar təqdim edəcək.
Biletləri aviaşirkətin rəsmi internet səhifəsi, AZAL mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi
-
Bakıda qadın maşına hücum çəkdi - Anbaan Video
-
Azərbaycanlı jurnalistin qızı Amerika ordusunda xidmət edir
-
Bakıda sərnişin taksi sifariş etdi: “Lamborghini” gəldi - (Video)
-
Azərbaycan təhsilinə ağır itki - (Foto)
XƏBƏR LENTİ
-
Ağdamda traktor minaya düşdü
-
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Süleyman Şükürov Avropa çempionu oldu
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Tuğba Ekinçi saxlanıldı
-
“Sabah” “Zirə”ni darmadağın etdi
-
Xəyalə Quliyeva “Maşın şou”da qazandığı avtomobillə foto paylaşdı
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
-
Serhat Kılıç evində ölü tapıldı
-
"Yeşilçam"ın ulduzu Sibel Turnagöl indi görün nə işlə məşğuldur - (Foto)
-
ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib
-
Orxan Hüseynli həbs edildi
-
Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi
-
Rihannanın açıq-saçıq geyimi müzakirə yaratdı - (Foto)
-
Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq
-
Nadir illər sonra müəllimini tapdı
-
Şuşanın daşına adını yazan adam tarixə düşmür, tarixə əl qaldırır





