Dünya

Rusiya Ukraynaya dron zərbəsi endirdi: Yaralılar var

27 Aprel 2026 11:51
Baxış: 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Rusiya ordusu aprelin 27-nə keçən gecə Ukraynanın Odessa şəhərinə növbəti kütləvi dron hücumu edib.

Milli.Az xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

Hücum nəticəsində çoxmərtəbəli yaşayış binaları, hotel, nəqliyyat vasitələri və şəhər mərkəzindəki digər obyektlər zədələnib.

Ukraynanın Çerniqov vilayətinin Koryukivka şəhəri də kütləvi dron hücumuna məruz qalıb. 40 dəqiqə ərzində şəhərə 18 dron zərbəsi endirilib.

Partlayışlar nəticəsində 2 nəfər xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.