Dünya

Tramp: "Venesuela prezidenti postuna namizədliyimi irəli sürə bilərəm"

27 Mart 2026 07:07
Baxış: 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp 2029-cu ildə səlahiyyət müddəti başa çatdıqdan sonra Venesuela prezidenti postuna namizədliyini irəli sürə biləcəyini zarafatla bildirib.

Milli.Az xəbər verir ki, bu sözləri o, Ağ Evdə keçirilən kabinet iclası zamanı deyib.

"Əslində, mən sorğularda liderəm. Yəni prezidentlik müddətim bitdikdən sonra bəlkə Venesuelaya gedib Delsi Rodrigeslə rəqabət apararam. Ola bilsin, Delsi ilə yarışaram", - deyə ABŞ lideri bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, hazırda ABŞ ilə Venesuela arasında münasibətlər "çox yaxşı" səviyyədədir. (Oxu.Az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.