Dünya

Gürcüstanın Ermənistanla olan əsas avtomobil yolu bu səbəbdən bağlandı

21 Yanvar 2026 12:25
Baxış: 372
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda Paravani aşırımında, Ermənistan sərhədi istiqamətində yerləşən yolda bütün növ avtomobil nəqliyyatının hərəkəti müvəqqəti olaraq qadağan edilib.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata görə, güclü qar fırtınası və görünüş məsafəsinin kəskin zəifləməsi səbəbindən məhdudiyyət daxili dövlət əhəmiyyətli Koda-Partskhisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110-cu kilometrlik hissəsini əhatə edir. Bildirilib ki, təhlükəsizlik məqsədilə yol hərəkəti tam dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl analoji hava şəraiti ilə əlaqədar "Lars" sərhəd-keçid məntəqəsinin fəaliyyəti də müvəqqəti olaraq dayandırılmışdı.

Ayxan
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.