Dünya

Film kimi soyğunçuluq: 30 milyon avro OĞURLANDI

31 Dekabr 2025 11:53
Baxış: 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naməlum şəxslər Almaniyanın Helsenkirxen şəhərindəki "Sparkasse" bankının seyfinə daxil olaraq təxminən 30 milyon avro oğurlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, oğrular gecə saatlarında yaxınlıqdakı dayanacaqdan binaya daxil olub, qazma alətindən istifadə edərək seyf divarında böyük bir dəlik açaraq içəriyə keçiblər. Orada 3200 seyf qutusunu açıb, içindəkiləri oğurlayaraq qaçıblar. Soyğunçuluq ertəsi gün səhər tezdən aşkar edilib.

Bu, Almaniyanın cinayət tarixindəki ən böyük oğurluq hadisələrindən biri olub.

Cinayət nəticəsində 2500-dən çox əmanətçi zərər çəkib. Onların bir çoxu artıq iki gündür ki, bankın qarşısında toplaşaraq pulları və qiymətli əşyaları barədə məlumat gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.