Dünya

Bəşər Əsəd dövrünə aid gizli zindan AŞKARLANDI - Xameneinin şəkli də var... - VİDEO

22 Oktyabr 2025 12:39
Baxış: 664
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Suriyanın Homs əyalətinin şərqində yerləşən Əl-Məxrəm bölgəsində Bəşər Əsəd rejimi dövrünə aid gizli yeraltı zindan aşkarlanıb.

Milli.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı SANA agentliyinə istinadən məlumat verib.

Qeyd olunur ki, həbsxana polis reydi zamanı təxminən on gün əvvəl tapılıb. Qapalı dəmir qapılarla qorunan sığınacaqda süngər döşəklər, yun yorğanlar, işgəncə alətləri - o cümlədən dəyənəklər və kəndirlər tapılıb.

Ərazidə Əsəd rejimini dəstəkləyən silahlı dəstə üzvlərinə aid kitab və broşürlər, eləcə də İranın ali rəhbəri Əli Xameneinin şəkli olan nəşrlər də tapılıb. Yeraltı zindanın beş metr dərinlikdə yerləşdiyi və 40 metr uzunluğundakı tunellə bağlı olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.