Ekvadorun Quayaquil şəhərində ticarət mərkəzində dəhşətli partlayış baş verib.
Milli.Az xəbər verir ki, alış-veriş və restoranlarla dolu küçədə hərəkətdə olan pikap yük maşını qəfil partlayıb. Nəticədə bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Hadisə zamanı həlak olan şəxs yaxınlıqda dayanan taksi sürücüsü olub.
Baş Prokurorluq hadisə ilə bağlı istintaqa başlayıb, şahid ifadələri toplanır və ərazidəki müşahidə kameralarının görüntüləri araşdırılır.
Qeyd edək ki, son illərdə narkotik ticarəti və mütəşəkkil cinayətkarlığın artması səbəbindən Ekvadorda zorakılıq halları ciddi şəkildə yüksəlib. Təkcə bu ilin ilk doqquz ayında ölkədə 5200-dən çox qətl hadisəsi baş verib, onların böyük hissəsi Quayaquil şəhərində qeydə alınıb. Hadisə Ekvadorda təhlükəsizliklə bağlı vəziyyətin daha da gərginləşdiyini göstərir.
Fidan
Milli.Az