Dünya

Myanma prezidentinin səlahiyyətlərini icra edən şəxs vəfat etdi

7 Avqust 2025 10:10
Baxış: 270
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Myanma prezidenti vəzifəsini icra edən Myint Sve 74 yaşında vəfat edib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə və Təhlükəsizlik Şurası məlumat yayıb. 

Məlumata görə, siyasətçi  bu səhər dünyasını dəyişib. O, əvvəllər səhhəti ilə əlaqədar məzuniyyətdə olub.

Myint Sve 2016-cı ildən vitse-prezident vəzifəsində çalışır. 1 fevral 2021-ci ildə baş vermiş hərbi çevrilişdən sonra o, hərbçilər tərəfindən devrilmiş Vin Myintin yerinə prezident səlahiyyətlərini icra edən təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.