Hadisə

7 nəfərin öldüyü qəzadan görüntülər - FOTO

7 Avqust 2025 11:08
Baxış: 931
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün sübh vaxtı Bakı-Qazax magistralının Şəmkirdən keçən hissəsində 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasından video yayılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisədən bir neçə dəqiqə sonra lentə alınmış görüntülərdə qəzaya düşmüş "Mercedes Sprinter" markalı mikroavtobusun sağ hissəsinin yük maşınına çırpılması məlum olur. Zərbənin təsirindən nəqliyyat vasitəsində olan sərnişinlər yolun hərəkət hissəsinə düşüb. Sürücü və 6 sərnişin hadisə yerində həlak olub.

İlkin ehtimala görə, hadisədən öncə mikroavtobusun 59 yaşlı sürücüsü Arif Bağırov sükan arxasında infarkt keçirib.

Görüntülər həssas olduğundan videonu deyil, bir neçə kadrı təqdim edirik: 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.