Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavoduna və Slavyansk-Kuban şəhərindəki hərbi hissəyə hücum həyata keçirib.
Milli.Az xəbər verir ki, hücum nəticəsində hərbi hissədə yanğın baş verib.
Zərbələrin nəticələri ilə bağlı ətraflı rəsmi açıqlama verilməyib.
Həmçinin Volqoqrad vilayətində yerləşən Surovikino dəmir yolu stansiyası da PUA-ların hədəfinə çevrilib.
Hücumların Rusiyanın enerji və nəqliyyat infrastrukturuna təsir etdiyi bildirilir. Hadisələrlə bağlı rəsmi Moskva tərəfindən araşdırmalar aparılır.
Milli.Az