Avqust ayının ilk yarısı bəzi bürclər üçün xüsusilə uğurlu və sevincli olacaq.
Ulduzlar deyir ki, aşağıdakı bürclər 15 avqustadək uzun müddətdir gözlədikləri xoş xəbəri alacaqlar:
Qoç
Uzun müddətdir karyerasında dönüş gözləyən Qoçlar üçün nəhayət işıq görünür. Avqustun ortalarınadək onlara yeni və perspektivli təkliflər gələcək. Maddi rahatlıq və şəxsi inkişafa doğru əhəmiyyətli bir addım atılacaq.
Əkizlər
Əkizlər üçün ünsiyyət planeti Merkuri öz işini görəcək. Sentyabr ayı üçün planlaşdırdıqları xəbərləri, təklifləri və ya görüşləri artıq avqustun 15-dək eşitmək imkanları var. Bu həm şəxsi münasibətlər, həm də təhsil və iş sahəsini əhatə edə bilər.
Qız
Səbirli və detallara diqqətli olan Qız bürcləri üçün gözlənilməz bir uğur qapıdadır. Bir layihənin nəticəsi, ya da ailə ilə bağlı gözlənilən müjdə avqustun ilk yarısında gələcək.
Oğlaq
Uğur və zəhmət simvolu olan Oğlaqlar üçün həyat yeni mərhələyə qədəm qoyacaq. Gözlədikləri zəng, imza və ya qərar artıq yoldadır. Həyatlarında yeni bir səhifə açılacaq.
Balıqlar
Həssas və intuisiyası güclü olan Balıqlar üçün ürəklərində olan bir arzu reallaşa bilər. Bu, itirilmiş bir əlaqənin bərpası, ya da uzun zamandır gözlədikləri romantik bir xəbər ola bilər. (metbuat.az)
Milli.Az