Ölkə

Hərbi Prokurorluqda yeni idarə yaradıldı: Rəis təyin edildi

6 Avqust 2025 23:00
Baxış: 1 836
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan struktur islahatları çərçivəsində yeni idarə və şöbələr yaradılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, islahatlar çərçivəsində Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsi təsis edilib.

Baş prokuror Kamran Əliyevin əmri ilə Gəncə hərbi prokuroru ədliyyə polkovniki Şöhrət Qazaxəli oğlu Qəhrəmanov tutduğu vəzifədən azad olunub. Digər əmrlə Ş.Qəhrəmanov Hərbi prokurorluqlarda istintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, son günlərdə Respublika Hərbi Prokurorluğunda bir neçə yeni təyinatlar olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.