Ölkə

“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq

7 Avqust 2025 10:35
Baxış: 323
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ölkənin sərfəli mobil operatoru "Nar" dövlət qəbul imtahanlarında ümumi qruplar üzrə ən yüksək nəticə toplayan ilk 10 abituriyenti mükafatlandıracağını elan edib. Belə ki, mobil operator tərəfindən tələbələrə daha rahat ünsiyyət üçün müasir smartfonlar, prestijli "Nar" mobil nömrələri və 700 AZN məbləğində balans təqdim ediləcək. Layihənin məqsədi universitet həyatına yeni başlayan gənclərin nailiyyətlərinə töhfə vermək və ali təhsilə daha yüksək həvəslə yanaşmalarına dəstək olmaqdır.

Xatırladaq ki, "Nar"ın bu ənənəsi 2018-ci ildən qəbul imtahanlarında maksimal bal yığan tələbələrin mükafatlandırılması ilə başlayıb. Təhsil hər bir sahə üzrə dayanıqlı inkişafın və səmərəli fəaliyyətin başlıca zəmanəti olduğundan elmin inkişafına dəstək "Nar"ın əsas korporativ sosial məsuliyyət istiqamətlərindən biridir. "Nar"ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən "Nar" son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.