Dünya

Ermənistanda daha bir deputat barəsində ittiham qaldırıldı

9 İyul 2025 16:41
Baxış: 465
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan parlamentinin "Hayastan" fraksiyasının katibi Artsvik Minasyana ittiham irəli sürülüb. 

Milli.Az xəbər verir ki, bu barədə o, İstintaq Komitəsinin binasını tərk etdikdən sonra jurnalistlərə verdiyi açıqlamada məlumat verib.

Deputat cinayət işini siyasi təqibin klassik nümunəsi adlandırıb. O, beynəlxalq məhkəmələrdə iddialar qaldırmaq niyyətindədir.

"Mən artıq Milli Məclisdə bildirmişəm ki, bu, hüquqi əsası olmayan siyasi təqibin klassik nümunəsidir. Biz bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcəyik", - deyə o qeyd edib.

Siyasətçi əlavə edib ki, barəsində qabaqlayıcı tədbir kimi ölkəni tərk etməmək barədə yazılı öhdəlik seçilib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.