Dünya

Trampın “Dayan” təklifinə Netanyahudan cavab

24 İyun 2025 19:08
Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp bu gün İsrail Baş naziri Benyamin Netanyahuya zəng edərək, atəşkəsi pozmasına görə İrana zərbəni dayandırmasını istəyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə israilli mənbə "Axios" nəşrinin müxbiri Barak Ravidə məlumatında deyib.

"Tramp çərşənbə axşamı Netanyahuya zəng edərək ondan İrana hücumu ümumiyyətlə həyata keçirməməsini istəyib. Netanyahu Trampa zərbəni dayandıra bilməyəcəyini və İranın atəşkəsi pozmasına bir növ cavab lazım olduğunu deyib. Nəticədə zərbəni əhəmiyyətli dərəcədə azaltmaq, bir çox hədəfə hücumu ləğv etmək və yalnız bir hədəfi vurmaq üçün qərar qəbul edilib", - mənbə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.