Dünya

Böyük Britaniya: İrana nüvə silahı hazırlamağa heç vaxt icazə verilməməlidir

22 İyun 2025 23:48
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın Baş naziri Kir Starmer, ABŞ-nin İranda yerləşən nüvə obyektlərinə hücumu ilə bağlı bəyanat verərək bildirib:

"İranın nüvə proqramı beynəlxalq təhlükəsizlik üçün ciddi təhdiddir.
İranın nüvə silahı hazırlamasına heç vaxt icazə verilməməlidir.
ABŞ bu təhdidi azaltmaq üçün hərəkətə keçmişdir."

ABŞ-nin Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombalayaraq İsrail-İran münaqişəsinə birbaşa və açıq şəkildə qoşulmasından sonra Avropa liderləri İranı danışıqlara qayıtmağa çağırırlar.

Baş nazir Starmer vurğulayıb ki, bölgədə sabitlik hələ də əsas prioritetdir və İranı diplomatik masaya dönməyə çağırıb.

"Bütün tərəfləri danışıqlara qayıtmağa çağırıram"
Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaja Kallas sosial mediada verdiyi açıqlamada deyib:

"İranın nüvə silahı hazırlaması beynəlxalq təhlükəsizlik üçün təhlükədir və bu, yolverilməzdir.
Bütün tərəfləri geri addım atmağa, danışıqlara qayıtmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram.
Aİ xarici işlər nazirləri vəziyyəti sabah müzakirə edəcək."

"Vəziyyəti diqqətlə izləyirik" - NATO
ABŞ Prezidenti Donald Trampın İranın üç əsas nüvə obyektinin vurulduğunu elan etməsindən sonra bir NATO rəsmisi də açıqlama verib.
ABŞ mətbuatının verdiyi xəbərə görə, NATO-nun təmsilçisi bu hücumlara reaksiyanı və İraqdakı NATO missiyasına təsirini dəyərləndirərkən deyib:

"Vəziyyəti diqqətlə izləyirik."

ABŞ-nin İranın nüvə obyektlərinə hücumundan sonra BMT-nin nüvə nəzarət qurumu - Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) rəhbəri Rafael Qrossi, qurumun 35 üzvündən ibarət idarə heyətini təcili iclasa çağırdığını bildirib.

Qrossi sosial şəbəkədə paylaşdığı açıqlamada deyib:

"İranda baş verən fövqəladə vəziyyəti nəzərə alaraq, idarə heyətini sabah üçün təcili iclasa çağırıram."

UAEA-nın rəsmi açıqlamasında qeyd edilib ki, Fordo Nüvə Obyekti də daxil olmaqla, ABŞ-nin hücumlarından sonra bölgədə radiasiya səviyyəsində hər hansı bir artım qeydə alınmayıb.


Lalə Qüdrətova
Milli.Az


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.