Dünya

Hələbdə idarə və məktəblərin fəaliyyəti dayandırılıb - YENİLƏNİB

23 Dekabr 2025 01:32
Baxış: 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyanın Hələb şəhərindəki dövlət idarələri, məktəblər və universitetlər 23 dekabrda fəaliyyətlərini dayandıracaq.

Milli.Az xəbər verir ki, şəhər rəhbərliyi Suriya Demokratik Qüvvələri ilə Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalara cavab olaraq bu qərara gəlib.

--------

Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində yerləşmiş Suriya Demokratik Qüvvələrinin (SDQ) üzvləri mülki əhaliyə hücum ediblər.

APA xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb, 13 nəfər yaralanıb.

Bölgəyə ciddi maddi ziyan dəydiyi bildirilir. SDQ silahlılarının həmçinin Suriya təhlükəsizlik qüvvələrini hədəf aldığı deyilir.

Suriya təhlükəsizlik qüvvələri SDQ hücumlarına cavab verib. Suriya Ordusu bölgəyə zirehli texnika cəlb edib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin SANA agentliyinə verdiyi məlumata görə Suriya ordusu SDQ-nin bir neçə mövqeyini zərərsizləşdirdikdən və mülki şəxslərin uzaqlaşdırılması üçün münaqişə zonasını daraltdıqdan sonra SDQ atəşi dayandırmağı əmr edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.