Dünya

“Call of Duty”nin yaradıcısı qəzada öldü

23 Dekabr 2025 01:35
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur oyun prodüseri Vins Zampella ağır avtomobil qəzası nəticəsində həyatını itirib.

Milli.Az xəbər verir ki, qəza zamanı sürücü hadisə yerində dünyasını dəyişib, sərnişin isə aparıldığı xəstəxanada vəfat edib. Rəsmi qurumlar Zampellanın həmin şəxslərdən hansı olduğunu hələ dəqiqləşdirməsələr də, onun vəfatı artıq təsdiqlənib.

O, dünyaca məşhur "Call of Duty: Modern Warfare" seriyasının yaradılmasında aparıcı rol oynamışdı.

2010-cu ildə qurduğu bu studiya ilə "Titanfall", "Apex Legends" və "Star Wars Jedi" kimi hit oyunları oyunsevərlərə bəxş etdi.

2021-ci ildə "Battlefield" seriyasının rəhbəri təyin edilən Zampella, "Battlefield 2042"nin uğursuzluğundan sonra seriyanı yenidən ayağa qaldıraraq "Battlefield 6"nın böyük uğur qazanmasında əsas pay sahibi olmuşdu.

2017-ci ildən bəri EA-nın tərkibində olan "Respawn"ın baş direktoru vəzifəsini icra edən Zampellanın ölümü oyun dünyası üçün böyük itki hesab olunur.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.