Suriyada yerləşən kilsədə 1 nəfər özünü partladıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, partlayış Dəməşqin kənarında yerləşən Dweil'a qəsəbəsindəki Mar Elias Kilsəsində, insanlar ibadətdə olarkən baş verib. Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Mərkəzi bildirir ki, 30 nəfərin öldüyü və yaralandığı ehtimal edilir, lakin dəqiq rəqəmlər hələlik qeyri-müəyyəndir. Yerli mediada bildirilir ki, həlak olanlar arasında uşaqlar da var.
Mar Elias Kilsəsində partlayış nəticəsində skamyalar dağılmış, divarlar zədələnmiş, və böyük dağıntılar baş vermişdir.
Bu hücum Suriyada son illərdə baş verən ilk belə hücumdur və hadisə Dəməşqin de-fakto islamçı idarəçiliyi altında azlıqların dəstəyini qazanmağa çalışdığı bir vaxtda gerçəkləşib. Prezident Əhməd əl-Şəraa ölkə üzərində nəzarətini gücləndirməyə çalışsa da, ölkədə radikal qrupların yatan hüceyrələrinin mövcudluğu ilə bağlı narahatlıqlar qalmaqdadır.
Sosial şəbəkələrdə geniş yayılan bir videoda hadisə şahidi bildirib ki, hücumçu kilsəyə girib, əvvəlcə insanlara atəş açıb, sonra isə bədəninə bağladığı partlayıcı jileti işə salaraq özünü partladıb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili yardım qrupları cəlb olunub.
Lalə Qüdrətova
Milli.Az