İran

Əraqçi Moskvada səfərdədir

23 İyun 2025 00:17
Baxış: 1 228
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İranın xarici işlər naziri Abbas Əraqçi Moskvaya gəlib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır.

Abbas Əraqçi ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrlə bağlı Rusiya lideri və yüksək rütbəli rəsmilərlə regional və beynəlxalq məsələlərdə məsləhətləşmək niyyətindədir.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova İranın xarici işlər nazirinin Moskvaya gəldiyini təsdiqləsə də, kimlərlə görüşəcəyi barədə məlumat verməyib.

"Biz İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Moskvaya gəlməsini təsdiq edirik", - diplomat bildirib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.