Dünya

Atılan raketlərin üzərində onların şəkilləri olub - İran İsrailə belə mesaj göndərdi - FOTO

19 İyun 2025 14:12
Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran-İsrail müharibəsi 7-ci gününə daxil olarkən gərginlik daha da şiddətlənib. İyunun 13-də İsrailin "Yüksələn Aslan" əməliyyatı və Tehranın "Əsl vəd" cavab zərbəsi ilə başlayan qarşıdurma nəticəsində Təl-Əviv bu gün ballistik raketlərlə vurulub.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, İranın həyata keçirdiyi hücumda Soroka xəstəxanası və Təl-Əviv birjası ciddi zərər görüb. İlkin məlumatlara görə, 3 nəfər həlak olub, ən azı 50 nəfər yaralanıb. 

İranın hücumları təkcə zərbə gücü ilə deyil, simvolik mesajları ilə də diqqət çəkib. Vurulan raketlərin üzərində HƏMAS lideri Yəhya Sinvar və Hizbullah rəhbəri Həsən Nəsrullahın şəkilləri əks olunub. Bu detal beynəlxalq mediada geniş müzakirəyə səbəb olub və İranın ideoloji mesajı kimi qiymətləndirilib.

Qeyd edək ki, İsrail və İranın qarşılıqlı hücumları fonunda ABŞ, Çin, Rusiya və bir sıra ölkələrin mövqeyi bölgədəki gərginliyi daha da artırır.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.