Dünya

Öldü deyilən Xameneinin müşaviri sağdır? - FOTO

16 İyun 2025 14:05
Baxış: 1 086
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxaninin öldüyünü təkzib edib.

Milli.az xəbər verir ki, bu barədə İranın nüfuzlu ISNA agentliyi yazıb.

Məlumatda bildirilir ki, Şamxani ağır yaralanıb və müalicəsi xəstəxanada davam edir.

O, İranın nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlar aparan nümayəndə heyətinin tərkibində olub.

Qeyd edək ki, iyunun 13-də İsrailin hücumu zamanı İranın ali rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxaninin iqamətgahında yaralandığı və xəstəxanada öldüyü açıqlanmışdı.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.