Dünya

İsrail əsgərləri Azərbaycan meyxanası oxudular - VİDEO

10 İyun 2025 16:20
Baxış: 1 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sosial şəbəkələrdə İsrail hərbçilərinin böyük həvəslə Azərbaycan meyxanasını ifa etmələri ilə bağlı görüntülər yayılıb.

Milli.Az xəbər verir ki, oxu.az-ın yaydığı məlumata görə, video internetdə sürətlə yayılaraq geniş maraq doğurub.

İsraildə yerləşən hərbi bazalardan birində lentə alındığı ehtimal edilən kadrlarda israilli əsgərlərin məşhur "Şir həmişə şirdir, mənim qərdeşim!" meyxanasının ritmlərinə qoşularaq coşqu ilə rəqs etməsi və səmimi şəkildə əylənməsi əks olunub.

Azərbaycan musiqi və poeziyasının improvizasiya janrı olan meyxanaya bu maraqlı reaksiya yerli izləyicilər tərəfindən həm təəccüblə, həm də qürurla qarşılanıb, görüntülərə çoxsaylı müsbət rəylər gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.