Dünya

ABŞ İrana qarşı sanksiyaların tətbiqini dayandırdı

2 İyun 2025 12:12
Baxış: 513
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqinə fasilə vermək qərarına gəlib.

Milli.az xəbər verir ki, ötən həftə Ağ Evin mətbuat katibi Karolin Levitt Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Milli Təhlükəsizlik Şurasına "İrana qarşı yeni sanksiyaların tətbiqi üçün bütün fəaliyyətləri dayandırmağı" tələb edən direktiv göndərib.

Nəticədə ABŞ prezidenti Donald Trampın İrana qarşı bərpa etdiyi "maksimum təzyiq" siyasətinə faktiki olaraq son qoyulub.

Levittin müavini Anna Kelli nəşrə verdiyi şərhdə bu məlumatı birbaşa təkzib etməyib, lakin bildirib ki, "ya Ağ Ev, ya da müvafiq nazirliklər sanksiyalarla bağlı hər hansı yeni qərarı elan edəcək". Qəzet qeyd edir ki, Vaşinqton sonuncu dəfə mayın 21-də Tehrana məhdudiyyətlər tətbiü edib, o vaxtdan bəri Maliyyə Nazirliyi yeni sanksiyaların elanını ən azı iki dəfə təxirə salıb.

Neftin və dondurulmuş İran aktivlərinin satışı ilə bağlı əsas məhdudiyyətlərin qüvvədə qalacağı gözlənilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.