Dünya

"Həm ölkəni, həm də dünyanı idarə edirəm"

29 Aprel 2025 14:30
Baxış: 604
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ prezidenti Donald Tramp "The Atlantic" jurnalına verdiyi müsahibədə daxili və xarici siyasətə dair bir sıra açıqlamalarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Tramp jurnalın redaktoru Cefri Qoldberqin suallarını cavablandırıb və prezidentlik dövrlərini müqayisə edib.

2016-2020-ci illər arasındakı dövrü daha çox daxili problemlərlə mübarizə dövrü kimi xarakterizə edən Tramp bildirib:

"Birinci dönəmdə iki işim var idi: ölkəni idarə etmək və həyatda qalmaq. İkinci dönəmdə isə həm ölkəni, həm də dünyanı idarə edirəm".

Rusiya-Ukrayna münaqişəsinə də toxunan Tramp Vladimir Putinə sülh danışıqlarında inandığını bildirib:
"Putin bu məsələdə yaxşı olacaq. Mən çoxlu insanın həyatını xilas etməyə çalışıram. Bu bizim birbaşa həyatımız deyil, amma III Dünya Müharibəsi ilə nəticələnə bilər" .

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.