ABŞ prezidenti Donald Tramp "The Atlantic" jurnalına verdiyi müsahibədə daxili və xarici siyasətə dair bir sıra açıqlamalarla gündəmə gəlib.
Milli.Az xəbər verir ki, Tramp jurnalın redaktoru Cefri Qoldberqin suallarını cavablandırıb və prezidentlik dövrlərini müqayisə edib.
2016-2020-ci illər arasındakı dövrü daha çox daxili problemlərlə mübarizə dövrü kimi xarakterizə edən Tramp bildirib:
"Birinci dönəmdə iki işim var idi: ölkəni idarə etmək və həyatda qalmaq. İkinci dönəmdə isə həm ölkəni, həm də dünyanı idarə edirəm".
Rusiya-Ukrayna münaqişəsinə də toxunan Tramp Vladimir Putinə sülh danışıqlarında inandığını bildirib:
"Putin bu məsələdə yaxşı olacaq. Mən çoxlu insanın həyatını xilas etməyə çalışıram. Bu bizim birbaşa həyatımız deyil, amma III Dünya Müharibəsi ilə nəticələnə bilər" .
Fidan
Milli.Az