Şou-biznes

Tolik bu videoya görə polisə müraciət etdi - VİDEO

29 Aprel 2025 19:20
Baxış: 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, görüntülər 3 il əvvələ aiddir və bununla bağlı müvafiq tədbir görülüb.

-------------

Aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkədə videosu yayılan gənclərlə bağlı polisə müraciət edib.

Milli.Az xəbər verir ki, videoda 4 gəncin bir oğlana şiddət göstərməsi əks olunub. Polisə müraciət edən aparıcı onların cəzalandırılmasını istəyib:

"Hər birimiz gənc olmuşuq, dava-dalaş olub, bəlkə də kimlərləsə dava etmişik. Məktəbdə döyüşmüşük, döyülmüşük. Amma bu günə gəlib çatmışıq ki, bəzi insanlar, bu videoda gördüyünüz kimi, başqalarını təhqir edərək zorakılıq göstərirlər. Biz hansı dövrdə yaşayırıq? Bunu edənlər, görüntünü yayanlar və çəkənlər mütləq cəzalandırılmalıdır. Mən bir daha aidiyyəti orqanlardan xahiş edirəm ki, sosial şəbəkələrdə söyüş və narkotik təbliğatına qarşı mübarizə aparırsınız, belə hallar üçün də tədbir görərsiniz . Bu cür insanlar yalnız özləri deyil, ailələri də cəmiyyətə belə tərbiyəsiz uşaqlar böyütdükləri üçün məsuliyyət daşımalıdırlar. İnşallah, tezliklə bu məsələyə hüquqi qiymət veriləcək və aidiyyəti şəxslər cəzalarını alacaqlar". ( Axşam.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.