Pezeşkianın Bakı səfərindəki mesaj - Arazın o tayından gələn səmimiyyət
Azərbaycan xarici siyasətində qonşularla dostluq münasibətlərinə həmişə xüsusi önəm verib. Bu baxımdan İranla əlaqələrin gücləndirilməsi dövlət siyasətində mühüm yer tutur. Son dövrlərdə bölgədə yaranan yeni vəziyyət - xüsusilə sülh təşəbbüsləri və iqtisadi əməkdaşlıq imkanları - Azərbaycanla İran arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradıb. İran Prezidentinin Azərbaycana son səfəri də bu baxımdan əhəmiyyət daşıyır. Bu səfər qarşılıqlı inamın artmasına, əməkdaşlıq sahələrinin genişlənməsinə və gələcəkdə münasibətlərin daha da möhkəmlənməsinə təkan verir.
Azərbaycan-İran münasibətləri təkcə siyasi və iqtisadi maraqlara deyil, ortaq tarixə, mədəniyyətə və dini dəyərlərə əsaslanır. Ümummilli Lider Heydər Əliyev dövründə təməli qoyulan bu dostluq siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentlərin bir-birinə "əziz qardaşım" deyə müraciət etməsi bu münasibətlərin səmimi xarakter daşıdığını açıq şəkildə göstərir. Bu, sadəcə diplomatik jest deyil, eyni zamanda qarşılıqlı hörmət və etimadın göstəricisidir.
İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan-İran biznes forumunda Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından misralar səsləndirməsi, xüsusilə də "Bir görəydim ayrılığı kim saldı?" misrasını seçməsi çox rəmzi və emosional məna daşıyır.
Bu misra sadəcə ədəbi ifadə deyil, eyni zamanda keçmişdə yaranmış soyuqluqlara, ayrılıqlara və anlaşılmazlıqlara işarədir. Pezeşkianın bu sözləri seçərək səsləndirməsi bir növ həm tarixə hörmət, həm də gələcəkdə münasibətlərin dərinləşdirilməsinə yönəlik səmimi mesaj kimi yozula bilər. Şəhriyarın öz əsərində vətənə və doğmalığa bağlılığı necə vurğulayıbsa, bu jest də iki xalq arasında ortaq mədəni köklərin və qardaşlıq münasibətlərinin ön plana çəkilməsi baxımından təsirli olub.
Prezident Pezeşkianın çıxışında ədəbi-simvolik yanaşma sərgiləməsi diplomatik dildə səmimiyyətin və hörmətin ifadəsidir. Bu da gələcək əməkdaşlığa mənəvi zəmin yaradır.
İranın bir çox ölkə ilə quru sərhədi var, amma ən sabit və etibarlı sərhədi məhz Azərbaycanladır. Prezident İlham Əliyev 2020-ci ilin noyabrında Xudafərinə səfəri zamanı bu məsələyə xüsusi diqqət çəkib. O, Xudafərin körpüsünü "Dostluq körpüsü" adlandıraraq, bu münasibətlərin həm tarixə söykəndiyini, həm də gələcəyə yönəldiyini göstərib.
İki ölkə bərabər hüquqlara əsaslanan, bir-birinin daxili işlərinə qarışmamaq prinsipini qoruyan münasibətlər qurub. Azərbaycan və İran arasında münasibətlərə kənar müdaxilələrin yolverilməz olduğu dəfələrlə vurğulanıb. Xaricdən edilən təxribat cəhdləri isə həm Azərbaycan, həm də İran tərəfindən regionda sabitliyə təhlükə kimi dəyərləndirilir.
Azərbaycanın İranla münasibətləri daim xoş niyyətə əsaslanıb. 2020-ci il müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar fonunda Azərbaycanın təşəbbüsləri - o cümlədən İranın da daxil olduğu 3+3 əməkdaşlıq formatı - bu siyasətin bariz nümunəsidir. Azərbaycan-İran münasibətləri təkcə ikitərəfli deyil, həm də üçtərəfli əməkdaşlıq formatlarında inkişaf edir. Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Rusiya-İran əməkdaşlıq platformaları bu baxımdan əhəmiyyətlidir. Bu formatlarda keçirilən görüşlər regionda sabitlik və tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.
.jpg)
Azərbaycan və İran beynəlxalq təşkilatlar çərçivəsində də bir-biri ilə sıx əməkdaşlıq edir. ECO, İƏT, ŞƏT kimi qurumlar bu münasibətlərin daha da inkişaf etməsi üçün geniş imkanlar təqdim edir.
Azərbaycanın coğrafi mövqeyi və tranzit imkanları ölkəmizi regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirir. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, yeni yol və dəmir yolu layihələri, o cümlədən "Araz dəhlizi" ideyası Azərbaycanı həm Qara dənizlə, həm də Fars körfəzi ilə birləşdirən körpüyə çevirir. Rəşt-Astara dəmir yolunun inşası və digər layihələr bölgədə ticarət və iqtisadi əlaqələrin artmasına səbəb olacaq.
Enerji sahəsində də Azərbaycan və İran arasında əməkdaşlıq artır. Azərbaycan enerji potensialını artırmaqla yanaşı, bərpa olunan enerji sahəsində də yeni imkanlar axtarır. İran və Rusiya ilə birlikdə enerji sahəsində əməkdaşlıq yolları araşdırılır və regional enerji bazarının yaradılması müzakirə olunur.
Hazırda İranla ticarət dövriyyəsi istədiyimiz səviyyədə olmasa da, yeni layihələr və siyasi iradə bu sahədə də ciddi irəliləyişlərə yol açır. Gələcəkdə ticarət əlaqələrinin daha da genişlənməsi gözlənilir.
Bütün bu faktlar göstərir ki, Azərbaycan-İran münasibətləri gələcəkdə daha da möhkəmlənəcək və strateji əməkdaşlığa çevriləcək. Ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmət üzərində qurulan bu dostluq, həm iki xalqın rifahına, həm də bölgədə sülh və sabitliyə böyük töhfə verəcək.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə





