İdman

“Barselona” azarkeşlərini daşıyan avtobus YANDI - VİDEO

6 Noyabr 2025 09:56
Baxış: 594
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə "Brügge" arasında keçiriləcək oyun öncəsi xoşagəlməz hadisə baş verib.

Milli.Az xəbər verir ki, İspaniya klubunun Belçikaya səfər edən azarkeşlərini daşıyan avtobuslardan biri Brügge şəhərinə yaxın magistral yolda alovlanıb.

Məlumata görə, nəqliyyat vasitəsinin arxa hissəsindən tüstü qalxdıqdan sonra sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə azarkeşlərin qorxu içində yol kənarında gözlədiyi, avtobusun arxa hissəsinin isə tamamilə alova büründüyü görünür. Qara tüstü səmaya qalxıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Belçikanın HLN nəşri yazır ki, hadisə ilə əlaqədar bir nəfər polis tərəfindən saxlanılıb. İlkin versiyaya əsasən, yanğına avtobusda aparılan piroteхniki vasitələr (fişənglər) səbəb olub.

Xatırladaq ki, "Barselona" turnirin əvvəlki oyunlarında fərqli nəticələr göstərib: "Nyukasl"ı 2:0 hesabı ilə məğlub edib, PSJ-yə 1:2 uduzub, daha sonra isə "Olimpiakos"u 6:1 hesabı ilə darmadağın edib.

"Brügge" isə son turda "Bavariya"ya 0:4 hesabı ilə məğlub olsa da, öncəki mərhələdə "Monako"ya 4:1 hesabı ilə qalib gələrək diqqət çəkib.

Hüseyn
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.