Hadisə

Bu qurumun rəhbərliyinə cinayət işi açıldı

6 Noyabr 2025 09:50
Baxış: 1 046
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kənd Təsərrüfatı Yanında Aqrar Xidmətlər Agentliyinin Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin vəzifəli şəxslərinə cinayət işi açılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Mərkəzin rəhbər şəxsləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumatlar araşdırılıb.

Araşdırma nəticəsində vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə işin başlanmasına qərar verilib.

İstintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.