Benzinlə işləyən maşınlar nə qədər bahalaşacaq? - CƏDVƏL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verildiyi kimi, 2026-cı ildən etibarən Azərbaycana xaricdən gətirilən avtomobillər üçün vergi və gömrük güzəştləri ləğv edilir, idxal olunan köhnə minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır.
Milli.Az fed.az-a istinadla bildirir ki, bir qədər əvvəl hibrid avtomobilləri üçün güzəştlərin uzadılmayacağı elan edildi.
İki gün əvvəl isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov elektriklə işləyən avtomobillərin də gələn ildən ƏDV-yə cəlb olunacağını elan edib. Bütün bunlar 2026-cı il üzrə dövlət büdcəsi layihəsi çərçivəsində Vergi Məcəlləsi və digər qanunlara edilən dəyişikliklərdə nəzərdə tutulub.
Bu avtomobillərlə yanaşı, ənənəvi, yəni daxili yanma mühərriki ilə işləyən benzin-dizel avtomobilləri üçün də vergilər artırılıb.
Söhbət buraxılış ilindən 7 il və daha artıq vaxt keçmiş (7 ildən köhnə) avtomobillərdən gedir.
Vergi Məcəlləsinə ediləcək dəyişikliyə əsasən, ölkəyə gətirilən avtomobillərə görə aksiz vergiləri hesablanarkən, 7 ildən köhnə olan avtomobillər üçün əmsallar artırılıb.
Əvvəllər benzin və dizel avtomobilləri üçün artım əmsalları müvafiq olaraq 1,2 və 1,5 olduğu halda, indi bu rəqəm müvafiq olaraq benzin avtomobilləri üçün 1,5-ə, digəl avtomobilləri üçün isə 2-yə qaldırılıb.
Nəticədə, istehsal tarixi 7 ildən əvvəl olan maşınların aksiz vergiləri xeyli artıb. Aksiz vergiləri avtomobilin mühərrikinin həcmi əsasında hesablanığına görə, daha iri mühərriklərdə artım daha çox hiss olunur.

Belə ki, indiyədək xaricdən idxal edilən 7 ildən köhnə 2 litrlik mühərriki olan benzin avtomobilinə hesablanan aksiz vergisi 720 manat olduğu halda, 2026-cıildən bu məbləğ 900 manata yüksələcək, yəni 180 manat olacaq.

2,5 litr həcmi olan mühərriklərdə bu rəqəm 3720 manatdan 4650 manata artacaq, yəni 930 manat yüksələcək. 3 litrlik avtomobillər üçün aksiz vergisi təqribən 1700 manat, 3,5 litrlik üzrə isə təqribən 4 min manat artacaq. İri mühərrikli maşınlarda aksiz vergisinin daha sürətli artması baş verəcək. Məsələn, 5 litrlik maşınların aksiz vergisi indiki 73 min manatdan 91 min manata yüksələcək.
Eyni qaydada, yaşı 7-dən artıq olan dizel maşınlarının da aksiz vergiləri artacaq. Belə ki, 2 litrlik avtomobillər üçün aksiz vergisi 900 manatdan 1200 manata (artım 300 manat), 3 litrlik maşınlarda 8400 manatdan 11200 manata (artım 2800 manat) və sair yüksələcək.
İri mühərrikli maşınlarda aksiz vergisinin daha sürətli artımı baş verəcək - 5 litrlik dizel mühərrikli maşınların aksiz vergisi 91 min manatdan 121 min manata yüksələcək (artım 30 min manat). 5,5 litrlik maşınların aksiz vergisi isə bu məbləğ 151 min manatdan 201 min manata yüksələcək, yəni 50 min manat artacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Mercedes" avtomobillərində problemlər aşkarlandı
-
BMW 2028-ci ilədək 8 min iş yerini ixtisar edəcək
-
"Mercedes"in satışı ABŞ-də qadağan olunacaq?
-
BMW 318 mindən çox avtomobili geri çağırır
-
"Nissan" 168 mindən çox avtomobili geri çağırdı - Səbəb
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
XƏBƏR LENTİ
-
Dünəndən qalan plovu isidərkən iki dəfə düşünün
-
Matcha içməyin çağırışı edildi
-
Çox ləzzətli məzə resepti
-
Sumaq ədviyyatını yeməklərdə istifadə etməyin incəlikləri
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb





