"Ad günü edirsənsə özünə ən yaxın olan adamları yığ ora. Heç özü də zəng etmir, prodüseri yığır. Özünün xəbəri yoxdur gələnlərdən".
Milli.Az xəbər verir ki, müğənni Xatirə İslam böyük ad günü edən tanınmışları tənqid edib:
"Ad günü özəldir, nə gözəl işdir ki, sən dünyaya gəlmisən. Ətrafında ən yaxın adamların olmalıdır. Ən azı 20 illik dostların yığışmalıdır. Tanımadığı adamların hamısını yığdı ora ki, dünya dağıldı, fısqırıq oldu. Heç kim də bir-birini tanımır. 300, 500 manata görə bu lazım deyil. Onda səmimiyyət olmur".
Toyundan danışan Xatirə "Toyumda üç-dörd nəfər var idi ki, dəvət etmədim, amma gəldilər" sözlərini əlavə edib. (Axşam.az)
Milli.Az