Dünya

25-ci mərtəbədən yıxılan azyaşlı möcüzəvi şəkildə sağ qaldı - FOTOlar

20 Aprel 2025 18:03
Baxış: 1 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin Hebey əyalətinin Tanşan şəhərində inanılmaz bir hadisə yaşanıb - doqquz yaşlı məktəbli qız 25-ci mərtəbədən yıxılsa da, sağ qalıb.

Milli.Az xəbər verir ki, məlumatı "South China Morning Post" nəşri yayıb.

Hadisə martın 27-də baş verib. Valideynlərinin sözlərinə görə, azyaşlı qız özünü narahat hiss etdiyindən pəncərəni açmağa çalışıb, lakin ehtiyatsızlıq ucbatından yıxılıb.

Təcili şəkildə Pekindəki xəstəxanaya çatdırılan qızın bədənində çoxsaylı sınıqlar aşkarlanıb. Sevindirici hal isə odur ki, onun beynində heç bir zədə qeydə alınmayıb. Azyaşlı bir neçə əməliyyatdan sonra sağalmağa başlayıb və artıq evə buraxılıb.

Anası bildirib ki, qızın durumu sabitləşib və tədricən normal həyatına qayıdır.

O, qızının ona dediyi ilk sözləri belə xatırlayır: "Məni görəndə ilk dediyi söz "Ana, məni xilas et" oldu. O an dünyam dağıldı. Qızımın vəziyyəti sabitləşəndən sonra ancaq rahat nəfəs ala bildik. Qayınanam bu xəbəri eşidəndə huşunu itirdi. Qızımın sağ qalması hamını inandırdı ki, onu yuxarıdan bir qüvvə qoruyur. Bu, əsl möcüzədir!"

İnanılmaz sağ qalma hekayəsi qısa müddətdə Çinin sosial şəbəkələrində geniş rezonans doğurub. İstifadəçilər onu "möcüzəli qız" adlandırırlar.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.